Talip Geylan: Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır!

Talip Geylan: Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır!

Türk Dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur. Biz bunu 44 günlük Vətən müharibəsində da gördük. Azərbaycan Ordusu dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda, özünə problem yaradacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumunda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının, Türk Egitim-Senin sədri Talip Geylan söyləyib.

Türk Egitim-Senin sədri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı yeni dünya düzənində önəmli yer tutur. Bu gün keçirilən Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu da bu istiqamətdə bizim qardaşlığımızın sübutudur. Ona görə də Türk ölkələri bütün istiqamətlərdə birgə fəaliyyət göstərməlidirlər.

Talip Geylan Türk mədəniyyətinin ortaq cəhətlərindən də danışıb. Bildirib ki, mədəniyyətimizi, tariximizi gələcək nəsillərə çatdırmaq dilimizin inkişafına təkan verəcək və birliyimizi möhkəmləndirəcək. Həmçinin Türk dünyasının orta mədəniyyətinin inkişafına təkan verilməsinin əhəmiyyətindən danışıb.

Türk Egitim-Senin sədri Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının gördüyü işlər haqqında Forum iştirakçılarına məlumat verib. Qeyd edib ki, Türk mədəniyyətinin, tarixinin gələcək nəsillərə çatdırılması əsas məqsədlərimizdəndir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM