Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin kollektivi Zəfər Parkını ziyarət edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  kollektivi Zəfər Parkını ziyarət edib

Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə səhər saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən növbəti hərbi təxribatı ilə başladı. Mənfur düşmən yaşayış məntəqələrimizi, döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhə-boyu əks hücum əmri verdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Bu müharibədə Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi. 44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Doğma torpaqlarımıza geri döndük, işğaldan azad edilmiş hər bir yurd yerimizə Azərbaycan bayrağını sancdıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən Müharibəsinin başlandığı gün - 27 sentyabr Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin kollektivi Zəfər Parkını ziyarət edib, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM