satellite   Azerspace-1: 11135 H 30000

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, sentyabrın 28-də vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən gəlmiş həkim mütəxəssislər tərəfindən görülən bütün zəruri tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM