satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

Azərbaycanın media nümayəndələri Cəbrayıldadır

Prezident İlham Əliyevin sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına etdiyi səfərin ardınca bu gün bölgəyə media nümayəndələrinin səfəri təşkil olunub.

Naxçıvan televiziyası xəbər verir ki, jurnalistlər əvvəlcə dövlət başçısının Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın tikildiyi əraziyə baş çəkiblər.

Bildirilib ki, şəhərin Baş planına əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektara yaxın ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.

Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM