satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilir

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilir

Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, vida mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ayrı-ayrı qurumların nümayəndələri, tanınmış ziyalıları, təhsil işçiləri və tələbələr iştirak edirlər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və bir sıra digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM