satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub<font color=red> - FOTOLAR</font> Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub<font color=red> - FOTOLAR</font> Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Naxçıvan televiziyası xəbər verir ki, mərasimdə şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin Riad Əhmədovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dəfn mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, dövlət qurumlarının nümayəndələri, tanınmış ziyalılar və müharibə veteranları iştirak ediblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Milli Qəhrəmanla vida mərasimi keçirilib.

Xatırladaq ki, Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Riad Əhmədov və bir sıra digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM