satellite   Azerspace-1: 11135 H 30000

DİN Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

DİN Bakıda avtomobil yoluna yüksəklikdən təkər atılması görüntülərini araşdırır

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM