satellite   Azerspace-1: 11135 H 30000

İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir - FOTOLAR

İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir<font color=red> - FOTOLAR</font> İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir<font color=red> - FOTOLAR</font> İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir<font color=red> - FOTOLAR</font> İstedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi davam edir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi hər il olduğu kimi bu il də çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənir. Sərgidə muxtar respublikamızın istedadlı qadınları qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdirirlər.

Satış-sərgidə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Müəllimlər İnstitutunun kollektivləri iştirak edib, satışa çıxarılan əl işləri ilə maraqlanıblar. Kollektivlərə sərgi-satış barədə ətraflı məlumat verilib. Bildirilib ki, satış-sərgiyə ümumilikdə  431 müəllifin 10787 adda yaradıcılıq nümunəsi çıxarılıb. 

Ziyarətçilər muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələrinə maraqla baxıblar.

Qeyd edək ki, sentyabrın  29-dan başlayan satış-sərgi 10 gün davam edəcək.

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM