satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlanıb

Azərbaycanda ən çox yanğın təhlükəsi olan ərazilər açıqlanıb

Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan MR-də və Qazax-Gəncə bölgəsində qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksini hesablayıb.

Belə ki, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb.

Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM