satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman Günay Rzayeva Ordubad şəhər tam orta internat məktəbində olub - FOTOLAR

Ombudsman Günay Rzayeva Ordubad şəhər tam orta internat məktəbində olub<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva Ordubad şəhər tam orta internat məktəbində olub<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva Ordubad şəhər tam orta internat məktəbində olub<font color=red> - FOTOLAR</font>

Əhalinin sosial qayğıya ehtiyacı olan qruplarının hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, başçəkmə zamanı müəssisənin yataq və tibb otaqlarına, siniflərə, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin və asudə vaxtın təşkili vəziyyəti araşdırılıb. Müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyəti öyrənilib, uşaqlarla kollektiv söhbətlər aparılıb.

Sonda uşaqların asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə Ombudsman tərəfindən müəssisə rəhbərinə tövsiyələr verilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM