satellite   Azerspace-1: 11135 H 30000

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib

Prezident və birinci xanım Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilir.

X.Yusifzadə vida mərasimindən sonra Fəxri xiyabanda dəfn ediləcək. Əklil də xiyabana aparılacaq.

Qeyd edək ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM