satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada fəaliyyət göstərən müəllimlər sosial şəbəkə hesablarında səlahiyyətli nümayəndə Fuad Nəcəflinin təbrik mesajını paylaşıb

Muxtar respublikada fəaliyyət göstərən müəllimlər sosial şəbəkə hesablarında səlahiyyətli nümayəndə Fuad Nəcəflinin təbrik mesajını paylaşıb

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil, orta ixtisas, ümumi, məktəbəqədər, peşə, məktəbdənkənar və uşaq musiqi məktəblərinin müəllimlərini təbrik edib. 

Sözügedən müəssisələrdə çalışan bütün müəllimlərin mobil əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında deyilir: “Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Qeyd edək ki, təbrik mesajı 10 mindən çox müəllimi əhatə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM