satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin komitə iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin 7 üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib.

Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli gündəlikdə duran məsələ - “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda ediləcək dəyişikliklə bağlı layihə hazırlandığını bildirib.

Qanun layihəsi haqqında Cəlil Rüstəmov və Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva məlumat verib.  

Müzakirələrdən sonra qanun layihəsi altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclasına təqdim edilməsi üçün səsə qoyulub, qərar qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM