satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay Naxçıvanda qeydiyyata alınan daşınmaz əmlakın sayı 1 000-i keçib

Ötən ay Naxçıvanda qeydiyyata alınan daşınmaz əmlakın sayı 1 000-i keçib

Vətəndaşlara göstərilən xidmətlər çərçivəsində Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 1 006 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alınıb.

Bu barədə Naxçıvan televiziyası-a Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlər əsasında 322 əmlaka dair texniki pasport, 509 torpaq sahəsinə dair plan-ölçü olmaqla, 831 texniki sənəd hazırlanıb. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 104 daşınmaz əmlak obyektinə ünvan verilib, 173 torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 264 arayış verilib. Təqdim edilən elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 108 müraciət icra məqsədilə aidiyyəti üzrə yönəldilib

Sentyabr ayında “ASAN xidmət” Mərkəzində müəyyən xidmət növləri üzrə 1 866 müraciətə baxılıb. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 881 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM