satellite   Azerspace-1: 11135 H 30000

Culfada Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Culfada Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətənin igid oğulları düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli torpaqlarımızı 44 gün ərzində azad edərək xalqımıza böyük sevinc hissi yaşatdı.

O oğullar ki adlarını tarixə qızıl hərflərlə yazaraq şəhadət şərbətini içdilər. Həmin qəhrəmanlarımızdan biri də Nicat Rizvan oğlu Məmmədlidir.

Naxçıvan televiziyası xəbər verir ki,  bu gün Vətəni canından çox sevən Nicatın Culfa şəhərində anım mərasimi keçirilib.

Mərasimdə Nicat Məmmədlinin ailə üzvləri, Culfa Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbənin əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Anım mərasimində iştirakçılar bildiriblər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM