satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR-də ETSN-in bir sıra idarələri ləğv edilib

Naxçıvan MR-də ETSN-in bir sıra idarələri ləğv edilib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 oktyabr 2023-cü il tarixli 274/ü nömrəli əmri ilə nazirliyin stansiya, laboratoriya və bir sıra idarələri ləğv edilib.

Nazirliyin ləğv edilən qurumları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Hidrometerologiya İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İdarəsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat İdarəsidir.

Qeyd edək ki, kreditorlar 2 (iki) ay müddətində tələblərini ləğvetmə komissiyasına təqdim edə bilərlər. Göstərilən müddətdən sonra tələblərə baxılmayacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM