satellite   Azerspace-1: 11135 H 30000

Kamran Əliyev: "İyirmi il ərzində 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb"

Kamran Əliyev: "İyirmi il ərzində 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb"

"Ötən iyirmi il ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb, 254-ü isə müxtəlif titullarla təltif edilib".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar” keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

O bildirib ki, dövlət başçısı prokurorluq orqanlarının 105 illiyi ərəfəsində qurum əməkdaşlarını təltif edib: "Peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyev 7 prokurorluq əməkdaşına ali xüsusi rütbə verib. Bu da Prezidentin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının təcəssümüdür".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM