satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə hiss olunmayıb.

Qeyd edək ki, oktyabrın 12-də Lənkəranda da yerli vaxtla 19:54-də 3,2 maqnitudada, dərinliyi 9 km olan zəlzələ qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM