satellite   Azerspace-1: 11135 H 30000

Şahdağa qar yağıb

Şahdağa qar yağıb

Oktyabrın 17-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağa qar yağıb.

Bu barədə Naxçıvan televiziyası-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağda 2 sm-lik qar örtüyü əmələ gəlib.

Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM