satellite   Azerspace-1: 11135 H 30000

MN: "Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından xaric edilib" - FOTOLAR

MN: "Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından xaric edilib"<font color=red> - FOTOLAR</font> MN: "Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından xaric edilib"<font color=red> - FOTOLAR</font> MN: "Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından xaric edilib"<font color=red> - FOTOLAR</font> MN: "Sosial şəbəkələrdən istifadə edən hərbi qulluqçular ordu sıralarından xaric edilib"<font color=red> - FOTOLAR</font>

"Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəlik götürürlər. Buna baxmayaraq, bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib".

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.

"Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib", - nazirlikdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM