satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir - FOTOLAR

Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir<font color=red> - FOTOLAR</font> Naxçıvan Səhiyyə Nazirliyi aksiya keçirir<font color=red> - FOTOLAR</font>

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il dünyada 2 milyondan çox süd vəzi xərçəngi qeydə alınır və bu xəstəliyin rəmzi rəngi çəhrayı seçilib. Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvanın Səhiyyə Nazirliyi də qadınların qorxulu röyası olan süd vəzi xərçəngi ilə mübarizə çağırışına qoşularaq, aksiya keçirir.

Erkən diaqnozun qoyulması məqsədilə Səhiyyə Nazirliyinin əməkdaşları Naxçıvan şəhərində qadınlara bu xəstəliyi simvolizə edən çəhrayı lentlər paylayıblar.

Səhiyyə Nazirliyinin əməkdaşı Aysel Eminova bildirib ki, əsas məqsədimiz qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır. Aysel Eminova onuda bildirib ki, oktyabr ayının sonuna kimi digər rayonlarda da səyyar şəkildə xidmət göstərəcəyik.

Bu xeyirxah aksiya oktyabrın 31-dək davam edəcək. İcbari tibbi sığorta imkanlarından yararlanaraq, hər bir qadın tam ödənişsiz, ildə ən azı 1 dəfə müayinədən keçə bilər. Çünki bəzi hallarda xəstəliyin ilkin mərhələsi simptomsuz keçir və qadınlar hər hansı narahatlıq duymurlar. Nəticədə hər il qadın ölümlərinin 15%-i məhz süd vəzi xərçənginin payına düşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM