satellite   Azerspace-1: 11135 H 30000

Şərur şəhərində ticarət mərkəzində yanğın olub - VİDEO

Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olub.

Naxçıvan televiziyası xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, 5 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə ümumi sahəsi 4 800 m² olan ticarət mərkəzində baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, ticarət mərkəzinin qalan əraziləri mühafizə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM