satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR-in su anbarlarında 70,47 milyon kubmetr su ehtiyatı var

Naxçıvan MR-in su anbarlarında 70,47 milyon kubmetr su ehtiyatı var

Naxçıvan Muxtar Respublikasının mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 milyon kubmetr su ehtiyatı toplanıb.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, su istifadəçilərinə sentyabr ayı ərzində 8,32 milyon kubmetr su verilib, bunun müqabilində 6 min 779 hektar torpaq sahəsi suvarılıb.

2023-cü ilin ötən ayı ərzində isə 14,06 kilometr beton və torpaq kanallar, 17,12 kilometr ara arxlar, 2,9 kilometr kollektor lildən təmizlənib, 1,96 kilometr içməli su, 0,19 kilometr kanalizasiya xətləri çəkilib, 5,95 kilometr mövcud içməli su xətlərində, 0,03 kilometr kanalizasiya xətlərində, 2,16 kilometr suvarma boru xətlərində, 1,59 kilometr təzyiqli boru xətlərində, 0,27 kilometr kaptajlarda, 0,22 kilometr isə açıq drenajlarda təmir-bərpa işləri aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM