satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən hazırlanmış internet saytlarının təhlükəsizlik (SSL-Secure Sockets Layer) sertifikatı ilə təmin olunması istiqamətində zəruri texniki tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, dövlət orqanlarına məxsus internet saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı monitorinqlər həyata keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən yenilənmiş veb-saytların 68.2 faizi təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Qurumların nəzərinə çatdırılır ki, rəsmi internet səhifələrinin təhlükəsizliyini təmin etmək və daxil olan hücumların qarşısını almaq məqsədilə veb-saytlarının təhlükəsizlik sertifikatı ilə təmin olunmasını diqqətdə saxlasınlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM