satellite   Azerspace-1: 11135 H 30000

Sumqayıtda yaşayış evinə silahlı hücum olub - FOTOLAR

Sumqayıtda yaşayış evinə silahlı hücum olub<font color=red> - FOTOLAR</font> Sumqayıtda yaşayış evinə silahlı hücum olub<font color=red> - FOTOLAR</font>

Sumqayıtda sübh tezdən ağır, ölümlə nəticələnən hadisə baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, şəhərin 16-cı mikrorayon ərazisində, Corat bağları yaşayış massivində fərdi yaşayış evinə silahlı basqın olub, ölənlər və yaralananlar var. Hücum zamanı Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, klinikaya hadisədən zərər çəkən 4 nəfər xəstə daxil olub: 1958-ci il təvəllüdlü Sarıyev Mehman Mahmud oğlu, 1990–cı il təvəllüdlü Sarıyev Etibar Mahmud oğlu, 1960–cı il təvəllüdlü Fərəcova Tərlan Qulu qızı və Sərkan Karakaş adlı Türkiyə vətəndaşı. Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağır olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM