satellite   Azerspace-1: 11135 H 30000

Vüqar Gülməmmədov: "Naxçıvanda bəzi nöqsanlar hüquqi bazanın təkmil olmamasından irəli gəlir"

Vüqar Gülməmmədov: "Naxçıvanda bəzi nöqsanlar hüquqi bazanın təkmil olmamasından irəli gəlir"

Naxçıvan Muxtar Respublikasında aşkar olunan bəzi nöqsanlar onların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"Bu il Palata bölgənin əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparıb. Auditlərin nəticələri ümumiləşdirilərək ümumi xarakterli nöqsanların hamısı qruplaşdırılıb. Bu nöqsanların bəziləri bizə hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir", - deyə o qeyd edib.

"Hüquqi bazanın təkmil olması dövlət büdcəsinin layihəsi və icrası dövrlərini tam şəkildə əhatə etdiyindən bununla bağlı muxtar respublikanın rəhbərliyinə təkliflər vermək fikrimiz var. Bu təkliflər büdcənin həm layihələndirilməsi, həm də icrası dövründə büdcənin daha təkmil olmasına töhfəsini verməlidir", - deyə sədr əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM