satellite   Azerspace-1: 11135 H 30000

Daşkəsəndə yanacaqdoldurma məntəqəsində partlayışın qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Daşkəsən şəhəri ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Naxçıvan televiziyası-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstülənmənin qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM