satellite   Azerspace-1: 11135 H 30000

FAO-nun Azərbaycan ofisinin Naxçıvanda bölməsi fəaliyyətə başlayıb - VİDEO

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin Naxçıvanda bölməsi fəaliyyətə başlayıb. Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində  keçirilən tədbirdə məlumat verilib, həmçinin həyata keçiriləcək layihələrin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca, Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi rəhbərinin müavini Bariz Mehdiyev,  Nazirlər Kabinetinin Aqrar Məsələlər və Ekologiya şöbəsinin müdiri Mübariz Bayramov  və kənd təsərrüfatı naziri vəzifəsini icra edən, nazir müavini Xəyalə Dadaşova çıxış edərək  bildiriblər ki, FAO-nun Naxçıvana növbəti gəlişinin əsas məqsədi Naxçıvanın kənd təsərrüfatı sahəsinə töhfələr  verməkdir.

Tədbirdə FAO-nun Türkiyədəki nümayəndəsi Sumiter Broca çıxış edərək bildirib ki, mənim Naxçıvana gəlməkdə məqsədim FAO-nu Naxçıvana gətirmək, kənd təsərrüfatını inkişaf etdirməkdir. Hədəf fermerlərin və kənd təsərrüfatı işçilərinin gəlirlərini artırmaq, qida təhlükəsizliyini təmin etməkdir. Buna güclü inamımız var.

Nazir müavini Xəyalə Dadaşova qeyd edib ki, bizim məqsədimiz FAO ilə birlikdə kənd təsərrüfatının inkişafı və bunun çərçivəsində Naxçıvanda orqanik məhsul yetişdirilməsi üzrə lahiyələrin həyata keçirilməsidir. Biz düşünürük ki, FAO-nun bütün dünya ölkələrində olan təcrübəsi Naxçıvana böyük töhfə verəcəkdir.

Sonra həyata keçiriləcək layihələrin müzakirəsinə başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM