satellite   Azerspace-1: 11135 H 30000

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib - FOTOLAR

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font> Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font> Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font> Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font> Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font> Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin xüsusi diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası uğurla davam etdirilir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqatlar verilir, yardımlar edilir.

Dövlətimizin başçısının aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 2023-cü ilin son 5 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ümumilikdə 6 450 aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə sovqat paylanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu tədbirlərin davamı olaraq bu gün - noyabrın 3-də Zəfər Günü ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım edilib.

Yola salınma mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib. Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.

Sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM