satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini vətəndaşları qəbul edib

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov nazirlikdə vətəndaşların qəbulunu keçirib.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, aparılan qəbul zamanı əsasən aliment və pul tələbi, uşaqla ünsiyyət, məhkəmə və digər orqanların qərarlarının icrası, bələdiyyə torpaqlarının icarəyə verilməsi, habelə işlə təmin olunma ilə bağlı ümumilikdə 12 vətəndaş qəbul edilib. Qəbula gələn hər bir vətəndaş diqqətlə dinlənilib, şikayət və ərizələri sənədləşdirilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM