satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə görüş keçirilib

Naxçıvanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə görüş keçirilib

Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Babək Rayon Məhkəməsinin inzibati binasında rayon üzrə qeydiyyatda olan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə profilaktiki söhbət aparılıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, tədbirdə İcra və probasiya şöbəsinin baş məsləhətçisi Eltural Vəzirov və aparıcı məsləhətçisi Rahib Səfərov çıxış ediblər. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrası daim diqqətdə saxlanılır. Əməkdaşlar ictimai işlər növündə cəza, islah işləri, cərimə cəzası, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə barədə məlumat veriblər.

Həmçinin, cinayət məsuliyyəti, cəza, cəzanının növləri və onlardan biri olan azadlığın məhdudlaşdırılması cəzası, onun icra qaydası, bu cəzaya məhkum edilmiş şəxslərin hüquq və vəzifələri barədə qanunvericilikdən irəli gələn əsas məsələlərə diqqət çəkilib. Qeyd olunub ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

Tədbirin sonunda məhkumları maraqlandıran suallara aydınlıq gətirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM