satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev çıxış edəcəklər. Onlar təqsirləndirilən şəxsə cəza istəyəcəklər.

Qeyd edək ki, noyabrın 6-da keçirilən prosesdə V.Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM