satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb - FOTOLAR

Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Naxçıvandan Bakıya 1 kq-dan artıq narkotik vasitələrinin gətirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

İrandan tranzit keçməklə Naxçıvandan Bakıya gələn Azərbaycan vətəndaşlarından 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Naxçıvan televiziyası-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Komitənin Biləsuvar Gömrük İdarəsində İrandan tranzit keçməklə Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində səfər edən iki nəfər Azərbaycan vətəndaşının üzərində daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılıb.

Yoxlama zamanı onların ayaqqabılarının hər iki tayının içərisində gömrük nəzarətindən gizlədilmiş külli miqdarda, 975 qram psixotrop maddə - metamfetamin və 192,6 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla bir nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir, cinayətə aidiyyəti olan digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM