satellite   Azerspace-1: 11135 H 30000

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina, 317 partlamamış sursat aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən həftə 141 mina, 317 partlamamış sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 6-dan 12-dək olan müddətdə 129 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 317 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 527,6 hektar ərazi minadan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM