satellite   Azerspace-1: 11135 H 30000

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Şərur sakininə xəsarət yetirərək onun ölümünə səbəb olan şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu il aprelin 29-da Şərur rayonunda Mürsəl Hüseynovun aldığı xəsarətdən ölməsi faktı ilə bağlı istintaqı aparılan cinayət işi yekunlaşdırılıb.

İstintaqla, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulla Abdullayev tərəfindən kəsici-deşici alətlə Şərur rayon sakini Mürsəl Hüseynovun sağ ayağının bud nahiyəsinə xəsarət yetirilməsinə və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Abdulla Abdullayevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi tamamlanaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM