satellite   Azerspace-1: 11135 H 30000

Fransız Polineziyası nümayəndəsi: Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir

Fransız Polineziyası nümayəndəsi: Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir

Fransa BMT Baş Assambleyasının qətnamələrinə əməl etmir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Fransız Polineziyasının Tavini Huiraatira Partiyasının sədr müavininin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində Tavini-nin baş koordinatoru Marania Vaianui Azərbaycan parlamentində mayın 30-da keçirilən, "Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər" mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onların öz müqəddəratlarını təyin etmək hüququ var.

“Qətnaməyə əsasən, biz müstəmləkəçilikdən azad olmalıyıq. 193 ölkə dəstək göstərməlidir ki, biz xalq kimi azad olaq. Biz bu gün də, gələcəkdə də okeanın zənginliklərindən istifadə imkanına sahib olmalıyıq. Arzu edirəm ki, ölkəmiz tam suverenliyə sahib olacaq”, - Marania Vaianui qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM