satellite   Azerspace-1: 11135 H 30000

İrəvanın mərkəzindəki aksiyalarda 9 etirazçı saxlanılıb

İrəvanın mərkəzindəki aksiyalarda 9 etirazçı saxlanılıb

Müxalifətin İrəvanın mərkəzində keçirdiyi etiraz aksiyası zamanı polislə yaşanan toqquşma nəticəsində 9 nəfər saxlanılıb.

Naxçıvan televiziyası “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, onlardan yeddisi Myasnikyan prospekti, iki nəfər isə “Respublika” meydanında polisə müqavimət göstərərkən tutulub. Polis həmçinin vətəndaşları ərazini tərk etməyə çağırsa da bu, mümkün olmayıb. Bir qrup aksiya iştirakçısı isə hökumət binasının əsas girişini bağlamağa cəhd göstərib.

Qeyd edək ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının təşkilatçısı olduğu aksiya bu dəqiqələrdə də davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM