satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb

Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb

Qazaxıstanda 21 min yetim uşaqdan 17,6 mini ailələr tərəfindən övladlığa götürülüb.

Naxçıvan televiziyası Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Təhsil Nazirliyinin Uşaq hüquqlarının müdafiəsi komitəsi məlumat yayıb. Komitənin sədri Nasimjan Ospanovanın sözlərinə görə, ölkədə hər il minə qədər kimsəsiz uşaq öz yeni ailələrini tapır.

“Bizim vəzifələrimizdən biri uşaqların ailədə yaşamaq hüququdur. 21 min kimsəsiz uşağın 17,6 mini artıq bizim qazaxıstanlı ailələrdə böyüyür. Hər il Qazaxıstan vətəndaşları minə yaxın yetim uşağı öz ailələrinə qəbul edirlər”, - deyə o bildirib.

Komitə sədri deyib ki, Qazaxıstanda yetim uşaqlar üçün himayəçilik institutu tətbiq olunub. Artıq bu sahədə 300-dək insan fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM