satellite   Azerspace-1: 11135 H 30000

Fransada əczaçıların tətili səbəbindən apteklərin 90 faizi bağlanıb

Fransada əczaçıların tətili səbəbindən apteklərin 90 faizi bağlanıb

Fransada əczaçıların tətili səbəbindən bu gün apteklərin təxminən 90 faizi bağlanıb. Bu, son on ildə əczaçıların ölkədə keçirdiyi ən böyük aksiyadır.

Naxçıvan televiziyası Franceinfo radiosuna istinadla xəbər verir ki, tətil iki həmkarlar ittifaqı - Əczaçılar Federasiyası (FSPF) və Birləşmiş Əczaçılar Birliyi (USPO) tərəfindən təşkil olunub. Təşkilatçıların sözlərinə görə, mayın 30-da ölkədəki 20 min 500 aptekin təxminən 18 mini bağlı qalacaq. Aksiya iştirakçıları hökumətdən dərman qıtlığı ilə mübarizə planını, həmçinin əmək haqlarının artırılmasını tələb edirlər.

Fransa Regional Səhiyyə Agentliyinin (ARS) məlumatına əsasən, tətil Bretan regionundakı apteklərin 80 faizinə, Korsika adasındakı apteklərin 90 faizinə, Nitsa və Avinyon kimi bəzi şəhərlərdəki apteklərin isə hamisina təsir edəcək. Eyni zamanda, gecə növbəsində işləyən apteklər açıq qalacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM