satellite   Azerspace-1: 11135 H 30000

İranda silahlı qruplar arasında toqquşma zamanı 28 nəfər yaralanıb

İranda silahlı qruplar arasında toqquşma zamanı 28 nəfər yaralanıb

Naxçıvan televiziyası-ın məlumatına görə, İranın Rezevi-Xorasan əyalətinin Məşhəd şəhərində baş verən silahlı toqquşma nəticəsində biri polis əməkdaşı olmaqla 28 nəfər yaralanıb.

Məlumata görə, hadisə Əhmədabadda qeyd alınıb. İki silahlı qruplaşmanın toqquşması nəticəsində qruplaşma üzvlərindən 8-i və daha 19 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn polis əməkdaşları qruplaşma üzvləri tərəfindən atəşə tutulub. Nəticədə bir polis əməkdaşı yaralanıb.

Polis insidentlə bağlı əməliyyata başlayıb, münaqişə tərəflərindən 19 nəfər saxlanılıb, həmçinin çoxlu sayda silah götürülüb.

Məlumata görə, hadisəyə yeniyetmə qıza qarşı qeyri-etik hərəkət səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM