satellite   Azerspace-1: 11135 H 30000

Slovakiyanın Baş naziri Robert Fitso xəstəxanadan buraxılıb

Slovakiyanın Baş naziri Robert Fitso xəstəxanadan buraxılıb

Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra müalicə aldığı xəstəxanadan buraxılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ruzvelt xəstəxanasının yaydığı press-relizdə deyilir. Məlumata görə, həkimlər Baş nazirin səhhətinə evdə nəzarət edirlər.

Mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.

Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin nəticələrindən, həmçinin ölkə hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.

Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur. İstintaq bağlı qapılar arxasında aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşıb

11:35 18.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM