satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib

Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.

Naxçıvan televiziyası-ın məlumatına görə, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlıdır.

Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.

Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.

Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq. Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM