satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır

Ərdoğan: Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır

“Qəzzada razılaşmaların pozulmasının qarşısını almaq lazımdır”.

Naxçıvan televiziyası “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Fələstinin “HƏMAS” hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmalardan məmnun olduğunu bildirib:

“İndi İsrailin bu razılığı pozmasının qarşısını almaq lazımdır. Artıq qarşımızda İsrailin Qəzzada törətdiyi genişmiqyaslı dağıntıların aradan qaldırılması və bölgəyə humanitar yardımın çatdırılması kimi çox mühüm iş var”.

Onun sözlərinə görə, hücumlar nəticəsində 50 mindən çox insanın həlak olmasına baxmayaraq, Qəzza İsrailə təslim olmayıb:

“Biz indi atəşkəs rejiminə əməl etmək və Qəzzada yaraları sağaltmaq üçün daha çox iş görməliyik. Beynəlxalq ictimaiyyət Qəzza xalqı qarşısındakı hüquqi və mənəvi borcunu yerinə yetirməlidir”.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM