satellite   Azerspace-1: 11135 H 30000

Atəşkəsdən sonra Qəzzada 21-i uşaq olmaqla 87 fələstinli öldürülüb

Atəşkəsdən sonra Qəzzada 21-i uşaq olmaqla 87 fələstinli öldürülüb

“HƏMAS” və İsrail arasında atəşkəs razılaşması elan edildikdən sonra “ÇAXAL”ın (İsrail Müdafiə Ordusu – Qedy) Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu hazırda Fələstin anklavının cənub və mərkəzi hissələrində reydlər keçirərək, Xan-Yunisə və Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirir.

Xatırladaq ki, artıq İsrail və “HƏMAS” hərəkatı arasında atəşkəs sazişi imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM