satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniyada zavodda yanğın səbəbindən 1500 nəfər təxliyə edilib

Kaliforniyada zavodda yanğın səbəbindən 1500 nəfər təxliyə edilib

Kaliforniyanın şimalında dünyanın ən böyük akkumulyator istehsalı zavodlarından birində baş vermiş yanğın nəticəsində təxminən 1500 nəfər təxliyə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Moss-Landinq və Elkhorn-Slau sakinləri evlərini tərk etməli olublar.

Məlumata görə, müəssisə San-Fransiskodan 124 km cənubda yerləşir və Texasın “Vistra Energy” şirkətinə məxsusdur. Zavodda on minlərlə litium batareyası saxlanılır. Əgər batareyalar alışarsa, yanğını söndürmək son dərəcə çətin olacaq.

Yanğının səbəbləri hələ ki məlum deyil. “Vistra”nın məlumatında bildirilir ki, yanğın aşkar edildikdən sonra bütün işçilər təxliyə olunub. Yanğın söndürüldükdən sonra araşdırma başlayacaq.

Yanğınla əlaqədar yaxınlıqdakı bütün məktəb və ofislər yanvarın 17-də bağlı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM