satellite   Azerspace-1: 11135 H 30000

Pakistanın keçmiş baş naziri 14 il azadlıqdan məhrum edilib

Pakistanın keçmiş baş naziri 14 il azadlıqdan məhrum edilib

Pakistan məhkəməsinin hökmü ilə keçmiş baş nazir İmran Xan korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Siyasətçinin həyat yoldaşı Büşra Bibi eyni ittihamla 7 il həbs cəzasına məhkum edilib və elə məhkəmə iclasında həbs olunub. Bundan başqa, onların hər birinə böyük məbləğdə cərimə yazılıb. Cərimənin ödənilməməsi əlavə olaraq altı ay həbslə nəticələnə bilər.

İmran Xan və həyat yoldaşı 2018-ci ildə rüşvət qismində torpaq sahələri almaqda və “Al-Qadir Trust” xeyriyyə fonduna rəhbərlik etdikləri dövrdə qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib.

İmran Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi dövlət qiymətli əşyalar anbarından xarici hədiyyələrin satılması ittihamı ilə 2023-cü ildən 14 il müddətinə həbsdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM