satellite   Azerspace-1: 11135 H 30000

Qəzzadan ilk girovlar yanvarın 19-da azad edilə bilər

Qəzzadan ilk girovlar yanvarın 19-da azad edilə bilər

İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər.

Naxçıvan televiziyası İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.

"Razılaşma Nazirlər Kabineti və hökumət tərəfindən təsdiqlənəcəyi və qüvvəyə minəcəyi halda girovların azad edilməsi plana uyğun olaraq həyata keçirilə bilər. Bu plana əsasən, girovların bazar günü azad edilməsi gözlənilir", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM