satellite   Azerspace-1: 11135 H 30000

Baş nazirin ofisi: Folklend adalarının suverenliyi Böyük Britaniyaya məxsusdur

Baş nazirin ofisi: Folklend adalarının suverenliyi Böyük Britaniyaya məxsusdur

Böyük Britaniyanın Baş nazirinin ofisi Folklend adalarının suverenliyinin bi ölkəyə aid olduğunu bir daha vurğulayıb.

NTV xəbər verir ki, bu açıqlama Amerika Birləşmiş Ştatlarının (ABŞ) sözügedən ərazi ilə bağlı mövqeyin yenidən nəzərdən keçirilə biləcəyinə dair yayılan xəbərlərdən sonra verilib.

Məlumata görə, əvvəlcə “Reuters” tərəfindən yayılan Pentaqonun daxili elektron məktubunda ABŞ-nin İranla müharibəsinə dəstək verməyən NATO müttəfiqlərinə qarşı mümkün tədbirləri nəzərdən keçirdiyi bildirilir. Bu variantlar arasında İspaniyanın müharibəyə qarşı çıxmasına görə NATO-dan uzaqlaşdırılması məsələsi də müzakirə olunub. Məsələ ilə bağlı bildirilib ki, Folklend adalarının sakinləri bu ərazinin Böyük Britaniyanın dənizaşırı ərazisi olaraq qalmasına səs veriblər. “Biz hər zaman ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmişik və suverenliyin Böyük Britaniyaya məxsus olduğunu vurğulamışıq”, - Baş nazirin ofisindən bildirilib.

Həmçinin vurğulanıb ki, hökumətin mövqeyi tam aydındır: “Suverenlik Böyük Britaniyaya məxsusdur və ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququ əsas prinsipdir. Bu mövqeni əvvəlki ABŞ administrasiyalarına da açıq və ardıcıl şəkildə bildirmişik və bu, dəyişməyəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM