satellite   Azerspace-1: 11135 H 30000

İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini mərhələli şəkildə bərpa edir

İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini mərhələli şəkildə bərpa edir

İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini mərhələli şəkildə bərpa etməyə başlayıb. İlk kiçik işçi qrupu artıq İrana çatıb.

NTV TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Milli Şuranın (hökumətin) mətbuat açıqlamasında bildirilib.

“Bu həftədən etibarən İsveçrənin Tehrandakı səfirliyində yenidən kiçik işçi qrupu fəaliyyət göstərir. Texniki qrup dörd İsveçrə vətəndaşından ibarətdir və onlar səfirliyin fəaliyyətinin mərhələli şəkildə bərpasına hazırlıq görürlər”.

Qərarın təhlükəsizlik sahəsində vəziyyətin yenidən təhlil edilməsinin nəticələri əsasında, həmçinin İranla və maraqlarını İsveçrənin təmsil etdiyi ABŞ ilə razılaşdırılaraq qəbul edildiyi qeyd olunub.

Səfirlik ABŞ və İsrailin İranla müharibəsi fonunda martın 11-də fəaliyyətini müvəqqəti dayandırmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM