satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb

Gürcüstanda emiqrantların və immiqrantların sayı azalıb

Gürcüstanda 2025-ci ildə emiqrantların sayı 114 min 374 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz azdır. İmmiqrantların sayı isə 3,2 faiz azalaraq 131 min 501 nəfər təşkil edib.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Ötən ilin rəqəmlərinə əsasən, miqrasiya sahəsində müsbət saldo qeydə alınıb və bu rəqəm 17 min 127 nəfər təşkil edib.

Miqrasiya nisbətinin ən böyük hissəsi xarici vətəndaşları əhatə edir. Burada Ukrayna, Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir.

Keçən ilin miqrasiya statistikası göstərir ki, 2025-ci ildə Gürcüstanda 62 min 073 immiqrant, 58 min 799 emiqrant ölkəyə qayıdıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM